Daniela Romo
Aktrisa
Teresa Presmanes Korona və ya Daniela Romo – meksikalı aktrisa, teleaparıcı və müğənnidir. Daniela 27 avqust 1959-cu ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olub. Uşaqlığından aktrisa olmağı arzulayıb və məşhur aktrisa Rosia Durkala pərəstiş edib. Məhz onun getdiyi yolu izləyərək müğənni və aktrisa olub. Daniealanın anasının başqa əri ilə nikahdan olan ögey bacısı var. 26 fevral 2012-ci ildə Akapulkada “Sevgi zəfəri” filmində oynadığı Bernarda roluna görə TV y Novelas mükafatına layiq görülüb. Xəstəliyi ilə əlaqədar mükafatlandırma mərasimində şəxsən iştirak edə bilməyib. Hər şey həmin ilin oktyabr ayında başlayıb. Ağrıları ilə əlaqədar çəkilişlərdən uzaqlaşıb və xəstəxanaya üz tutub. Tibbi müayinə zamanı onda döş xərçəngi tapılıb. Karsenomanın inkişafı son mərhələlərində olduğundan dərhal müdaxiləyə ehtiyac yaranıb. Nəticədə onun şişini (sektoral mastektomiya) və bir neçə limfodüyünü kənarlaşdırıblar, sonra isə kimyaterapiyası təyin ediblər. Xəstəliyinə rəğmən serial çəkilişlərinə qayıdıb. 2013-cü ildə sonuncu kimya terapiyasından keçib və tam sağalıb. Daniela Romo heç vaxt ərdə olmayıb və uşaqları yoxdur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B0%D0%BD%D0%B8%D1%8D%D0%BB%D0%B0_%D0%A0%D0%BE%D0%BC%D0%BE