Harri Bredbir

Harri Bredbir

Rejissor, prodüser, aktyor

BİOQRAFİYA

Harri Bredbir - britaniyalı rejissordur. Devon şəhərində həkim və evdar qadının ailəsində dünyaya gəlib. Özündən böyük iki qardaşı var. Uşaqlığından kino sənəti ilə maraqlanmağa başlayıb. 8 yaşında valideynlərinə gələcəkdə şou-biznesdə çalışmaq niyyətində olduğunu bildirib. Məktəbi bitirdikdən sonra Londona köçüb və sənədlərini Kral İncəsənət Akademiyasının incəsənət fakültəsinə verib. Ancaq imtahanlardan kəsilib. Arada bir il vaxt itirməmək üçün sənədlərini London Universitet Kollecinə təqdim edib və orada rejissorluq və dramaturgiya üzrə ali təhsil alıb. Kolleci bitirikdən sonra Bredbir bir ilə Miçiqan Universitetinin kurslarında iştirak edib. ABŞ hökumətindən təqaüd qazanmasına rəğmən, İngiltərəyə qayıdıb kino çəkməyə qərar verib. Rejissor Con Şlezingerə onun köməkçisi olmaq istədiyini bildirib və beləcə, onların 4 il davam edən əməkdaşlığının təməli qoyulub. 90-cı illərdə Harri “Xalis ingilis qətli” və “Bu həyatdır” serialları üzərində çalışıb. 2012-ci ildə rejissor “Məhbusların həyat yoldaşları” serialını lentə alıb. 2016-cı ildə bir sıra tanınmış britaniyalı aktyor və aktrisaların iştirakı ilə onun “Cındır” (Fleabag) serialı ekranlara çıxıb. 2018-ci ildə “Yevanı öldürmək” adlı populyar serialın rejissorlarından biri olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/15626230741/

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç