Ceymi Aleksander

Ceymi Aleksander

Aktrisa

BİOQRAFİYA

Ceymi Aleksandr 12 mart 1984-cü ildə ABŞ-ın Cənubi Karolina ştatının Qrinvil şəhərində anadan olub. Uşaqlığı Texas ştatının Qreypvayn şəhərində keçib, sonradan ailəsi Los-Ancelesə köçüb. Colleyville Heritage High School orta məktəbini bitirib. Məktəb illərindən digər qız sinif yoldaşlarından fərqli olaraq güləşlə məşğul olub. Kinoda debütü 2004-cü ilə təsadüf edir (“Dələ tələsi” komediyası). 2006-cı ildə iki trillerə çəkilib: “O biri tərəf” bədii filmi və “Dayanacaq” televiziya filmi. 2007-ci ildə isə “Müqəddəs yer” filmində qəddar sektanın üzvünə çevrilmiş qadın rolunu oynayıb. 2011-ci ildə “Marvel Comics” studiyasının “Tor” komiksinin ekranizasiyasında “Sif” rolunu oynayıb. Televiziyada Ceymini “Danışıqçılar”, “Filadelfiya daima günəşlidir”, “Sümüklər”, “C.S.I. Cinayət yeri – Mayami”, “Cekinin bacısı” filmlərində görmək olar. 2006-2007-ci illərdə “Dalımca gəl” teleserialında Keytlin Porter rolunu ifa edib. 2007-2009-cu illərdə “Kayl XY” serialının üçüncü və ikinci mövsümündə Cessi rolunu oynayıb. 2015-ci ildə “Kor zona” serialında Ceyn Dou obrazını canlandırıb. 2012-ci ildə bir neçə filmdə tərəf-müqabili olmuş aktyor Piter Façinelli ilə görüşməyə başlayıb. Onların 2015-ci ilin mart ayında nişanlansalarda, 2016-cı ilin fevral ayında bir-birindən ayrılıblar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D0%B5%D1%80,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D0%BC%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç