Piter Façinelli
Aktyor, rejissor, ssenarist, prodüser
Piter Façinelli - amerikalı aktyordur. Daha çox “Kriminal yarışlar” serialında Donovan Rey, “Alatoranlıq” filmində Karlayl Kallen, “Cekinin bacısı” serialında “Doktor Kup” ləqəbli Fitç Kuper rolu ilə tanınır. Piter Façinelli 26 noyabr 1973-cü ildə Nyu-Yorkda italiya əsilli amerikalıların ailəsində anadan olub. Özündən böyük üç bacısı var. Nyu-York Universiteti nəzdində Tiş İncəsənət məktəbində oxuyub. Müəllimləri Uilyam Meysi, Felisiti Haffman, Cankarlo Espozito və Kemrin Mangeym kimi tanınmış aktyorlar olub. 1995-ci ildə “Natamam sevgi” filminin çəkilişlərində Piter aktrisa Cenni Qartla tanış olub. Həmin vaxt Cenni rəsmi olaraq ərdə olsa da, artıq əri ilə yaşamırdı. Çox keçmədən hamilə olduğunu öyrənir və onlar 20 yanvar 2001-ci ildə ailə qururlar. Cütlüyün Luka Bella Façinelli, Lola Rey Façinelli və Fiona İv Façinelli adlı övladları var. 2012-ci ildə ayrılmaq qərarına gəliblər. 28 mart 2012-ci ildə Piter “münasibətlərdə yaranan ixtilafları” əsas gətirərək boşanma üçün məhkəməyə müraciət edib, Cenni özü də son illər boş-boşuna nikahı qoruyub saxlamağa çalışdıqlarını etiraf edib. 2012-ci ildən “Tor” və “Tor 2: Zülmət krallığı” filmlərində Sif rolu ilə tanınan Ceymi Aleksandrla görüşür. 2016-cı ilin fevral ayından isə yollarını ayırıblar.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Peter_Facinelli