Deniel Taplits

Deniel Taplits

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Deniel Taplits – amerikalı rejissor, ssenarist, prodüser və aktyordur. Ssenarist kimi “TriStar Pictures” şirkətinin 1987-ci ildə buraxdığı “Kələk” bədii filminin müəllifi kimi tanınmağa başlayıb. Filmdə baş rolu Maykl Kiton oynayıb. Kinorejissor debütü isə “Tələblər” (1997) filmi sayılır. Küfr mövzusunda olan filmi tənqidçilər o qədər də “isti” qarşılamayıb, ona görə də Taplits növbəti illəri kino və televiziya layihələri üçün ssenarilər yazmağa davam edib. 2004-cü ildən Taplitsin rejissor və ssenarist kimi “Bütün qaydaları pozaraq” (2004) adlı romantik komediyası çıxıb. Ekran əsəri nişanlısı tərəfindən atıldıqdan sonra “vaxtında ayrılma qaydaları” haqda bestseller kitab yazan bir kişinin hekayəsini danışır. Filmdə baş rolu məşhur Hollivud aktyoru Ceymi Foks oynayıb.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ovideo.ru/persona/48749#ixzz61Vl8KN3i

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç