Cennifer Espozito

Cennifer Espozito

Aktrisa

BİOQRAFİYA

Cennifer Espozito – amerikalı aktrisa və rəqqasədir. İtalyan əsillidir. 11 aprel 1973-cü ildə Bruklində anadan olub. Anası dizaynerdir. Atası kompüter satışı üzrə konsultant, ardınca musiqi prodüseri olub. Sent Tereza ibtidai məktəbində, ardınca Steyten Aylendin “Mur” katolik məktəbində oxuyub. Nyu-Yorkun aktyorluq studiyasının kurslarına gedib. Xərclərini ödəmək üçün bir müddət ofisiant işləyib. 2010-cu ildə “Mavi Qan” polis serialında xəfiyə Ceki Kuratola rolu ilə tanınır. Serialın üçüncü mövsümündə (2012) ona seliakiya diaqnozu qoyulub. O səhhəti ilə bağlı problemi CBS kanalının rəhbərliyinə açıqlayandan sonra, onu çəkilişlərdən uzaqlaşdırıb, müddətsiz məzuniyyətə göndəriblər. Daha əvvəl o çəkilişlər zamanı o huşunu itirdiyindən prodüserlərdən bir həftəlik məzuniyyət istəmişdi, onlar isə onun xəstəliyinin həqiqiliyinə şübhə ilə yanaşmışdılar. 2012-ci ildə o kanal rəhbərliyini “alçaldıcı münasibətdə” ittiham edib. Layihəyə yenidən buraxılmamasına görə kanalı məhkəməyə verməyi planlaşdırıb, üstəlik rəhbərliyə “irqçi” damğası vurub. 2006-2007-ci illərdə Espozito məşhur aktyor Bredli Kuperlə evli olub. 16 noyabr 2014-cü ildə model Lui Daulerə ərə gedib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D1%81%D0%BF%D0%BE%D0%B7%D0%B8%D1%82%D0%BE,_%D0%94%D0%B6%D0%B5%D0%BD%D0%BD%D0%B8%D1%84%D0%B5%D1%80

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç