Eli Semun

Eli Semun

Aktyor

BİOQRAFİYA

Eli Semun (fr. Elie Semoun) - fransız aktyordur. Fransada mərakeşli yəhudi mühacirlərin ailəsində anadan olub. Atası Elinin 11 yaşı olanda vəfat edib. Əmisioğlu Eli Patrik Brüel tanınmış aktyor və müğənni olduğundan, Eli onun yolunu tutmaq qərarına gəlib. 17 yaşında olanda 2 şerlər toplusu və 2 pyesi dərc olunub. 1980-ci ildə seriallarda kiçik rollara çəkilib. 1990-cı ildə Eli həmkarı Dyedon Mbala-Mbala ilə birlikdə komediya dueti yaradıb. Öz skeç səhnələrində duet tabu mövzuları, cinsi münasibətlər, müxtəlif irqlər arasındakı münasibətləri məsxərəyə qoyub. Aktyorların əməkdaşlığı 1997-ci ilə qədər davam edib. Daha sonra maddi çətinliklər və tərəflərin baxışlarında yaranan ziddiyyətlər ucbatından duet dağılıb. 2000-ci illərdə Eli Dyedonla münasibətləri normallaşdırmağa çalışsa da, sonradan verdiyi müsahibədə siyasi baxışları və dünya görüşləri arasında olan fərqlərin həddən ziyadə böyük olduğunu bildirib. Semun Anni Florens Jannessonla evli olub. 1995-ci ildə Antuan adlı oğlanları doğulub. 2011-ci ildə Semun “Emili Joli” tammetrajlı cizgi filminin səsləndirilməsində iştirak edib. 2014-cü ildə “Asteriks: Tanrıların torpağı” animasiya filmində baş personajlardan birini səsləndirib. 2018-ci ildə onu cizgi filminin sikvelinin (“Asteriks və sirli ot”) yaradılmasında iştirak edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/elie_semoun/

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç