Cey Rouç

Cey Rouç

Prodüser, rejissor, ssenarist, operator, aktyor

BİOQRAFİYA

Metyü Cey Rouç 14 iyun 1957-ci ildə Albukerkedə (Nyu-Meksiko ştatı, ABŞ) anadan olub. Amerikalı rejissor, ssenarist, prodüser və operatordur. 1980-ci ildə Stenford universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə bitirib. Kinematoqrafiyanı isə Cənubi Kaliforniya universitetində öyrənib. Kinodebütünü 1990-cı ildə “Radio Zoopark” filminin rejissoru kimi gerçəkləşdirib. Rejissorluqdan başqa fəal şəkildə prodüserlik edir. Rejissor işləri arasında “Ostin Pauers: Beynəlxalq miqyaslı sirli insan” (1997), “Ostin Pauers: Məni tovlamış casus” (1999), “Valideynlərlə tanışlıq” (2000), “Ostin Pauers: Qoldmember” (2002), “Fakerlərlə tanışlıq” (2004), “Kütbeyinlilərlə şam yeməyi” (2010) və digər komediyalar yer alır. 2008-2012-ci illərdə “Yenidən hesablama” və “Oyun dəyişib” televiziya filmlərinə görə iki dəfə “praym-taym” "Emmi" mükafatını qazanıb. Mettyü "The Bangles" qrupunun musiqiçisi və aktrisa Süzanna Hoffsla evlidir. Cütlüyün iki övladı var. Baptist kimi böyüsədə həyat yoldaşı ilə evlənməzdən əvvəl iudaizmi qəbul edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino-teatr.ua/person/roach-jay-4988.phtml

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç