Valeriy Fedoroviç

Valeriy Fedoroviç

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Valeriy Valeryeviç Fyodoroviç TV-3 telekanalının direktoru, TNT telekanalının baş prodüserinin eks müavini, prodüser və ssenaristdir. 2001-ci ildə Kibernetika fakültəsini bitirib. ÜDKİ kinodramaturgiya fakültəsini bitirib. 2004-2011-ci ildə STV kinoşirkətinin baş redaktoru və prodüseri olub. 20 layihənin yaradıcısıdır. “Gizlənpaç”, “Mənə ağır deyil”, “Monqol”, “Bumer: ikinci film”, “Daş kəllə”, “Pul hər şeydir”, “Ev” bədii filmlərin və “İlya Muromets və Quldur Bülbül” animasiya filmi kimi layihələrin yaradılmasında bilavasitə iştirak edib. 2011-2016-cı illərdə TNT kanalının baş prodüserinin müavini olub. Bilavasitə Valeriy Fyodoroviçin iştirakı ilə rusiya televiziyasında “Şirin həyat”, “Çernobıl”, “Daş cəngəlliklərin qanunu”, “Xəyanətlər”, “Ada” və sair layihələr işıq üzü görüb. 5 dekabr 2016-cı ildə TV-3 telekanalının direktoru təyin olunub. “Qoqol”, “Sadə qadın”, “Ölü göl” layihələrinin kino və teleprodüseri olub. 21 fevral 2019–cu ildən PREMIER Studios rəhbəridir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Федорович,_Валерий_Валерьевич

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç