Mett Uolş

Mett Uolş

Aktyor

BİOQRAFİYA

Mett Uolş 13 oktaybr 1964-cü ildə Çikaqoda (İllinoys ştatı, ABŞ) anadan olub. Dik və Odri Uolşun yeddi uşağından dördüncüsü idi. 1982-ci ildə Hinsdeyl-Saut ali məktəbini bitirib. Şimali İllinoys universitetinin psixologiya fakültəsinə daxil olub. Bir il Avstriyanın Zaltsburq kollecində təhsil alıb. Təhsilini bitirdikdən sonra komediya aktyorluğu yaradıcılığına marağı oyanır, doğma Çikaqoya qayıdır. "Annoyance Theatre" və "iO Theater"da oynayır. Məşhur müəllim Del Klouzun şagirdi olur. 1991-ci ildə aktyor Mett Besserlə tanış olur və səhnədə onunla stand-up janrında çıxış edir. Sonradan isə daha iki aktyor Emi Polet və Ayan Robertslə birləşib "Upright Citizens Brigade" komediya truppasını yaradırlar. İlk dəfə televiziyada 1996-cı ildə (“Bu gözəl həyatdan qaçış” filmində kiçik bir rol oynayır, bu filmə yazdığı ssenari isə onun debütü olur) görünür. 2005-ci ildən prodüser, 2010-cu ildə isə rejissor kimi özünü tanıdır. Mett Uolş arvadı Morqan və uşağı ilə birlikdə Beverli-Hillsdə yaşayır.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Matt_Walsh_(comedian)

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç