Nikolay Valuyev

Nikolay Valuyev

Aktyor

BİOQRAFİYA

Nikolay Sergeyeviç Valuyev 21 avqust 1973-cü ildə SSSR, RSFSR, Leninqradda anadan olub. Rusiya siyasətçisi, keçmiş peşəkar boksçudur. VI və VII çağırışlarda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatıdır. DD ekologiya və ətraf mühit üzrə komitəsi sədrinin birinci müavinidir. İdman karyerası dönəmində ağır çəki kateqoriyasında çıxış edib. WBA (2005—2007, 2009) versiyası üzrə ağır çəkidə dünya çempionu, WBA (2008—2009) versiyası üzrə ağır çəkidə müvəqqəti çempion, Panasiya boks assosasiyasının (2000) versiyasına görə ağır çəki kateqoriyasında çempion, peşəkarlar arasında ağır çəkidə (1999) Rusiya çempionudur. Rusiyanın topla Xokkey Federasiyasının vitse prezidentidir. 9 avqust 2016-cı ildən “Gecəniz xeyirə, körpələr!” uşaq verilişinin aparıısı olub. 2017-ci ildən ANO “Ekologiya” ictimai forum” ictimai birliyinin sədridir. Fiziki göstəricilərinə görə: boy 213 sm, çəki 146 kq, ona “Rusiyanın nəhəngi”, “Şərq canavarı”, “Piterli Nikola”, “Kolya gürz” kimi ləqəb verilib. Nikolay boks tarixində ən böyük (43 sm) yumruğu və boksda ən hündür dünya çempionu kimi rekord qırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Валуев,_Николай_Сергеевич

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç