Oksana Fandera
Aktrisa
Oksana Oleqovna Fandera 7 noyabr 1967-ci ildə SSSR, Ukrayna SSR, Odessa vilayəti, Odessa şəhərində anadan olub. Rusiyanın kino və teatr aktisasıdır. 1988-ci ildə SSSR keçirilən gözəllik yarışmasında “Moskva gözəli” seçilib. 1993-cü ildə RTİİ bitirib. Həyat yoldaşı rejissor Filipp Yankovski “Hərəkətdə”, “Mülki məsləhətçi” və “Daş kəllə” filmlərindəki rolları ilə yadda qalıb. Atası aktyor Oleq Yakovleviç Fandera (1934—2002), Rusiyanın xalq artistidir. Qaynatası Oleq İvanoviç Yankovski (1944—2009), SSSR xalq artistidir. Əri — Filipp Yankovski aktyor və kino rejissor, aktyor Oleq Yankovskinin oğludur. Oksana və Filipp 1990-cı ildə ailə qurub. Aktrisanın çəkildiyi ilk filmlər sırasında “Cındır yaxşı, cındır pis” (1998) və “Şatun” (ТВ) (2001) filmləri olub. “Qırmızı məhəbbət mirvarisi” (2008), filmində aktrisa baş qadın rolunu ifa edib. Daha çox teatr aktrisası kimi tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Фандера,_Оксана_Олеговна