Bob Hoskins
Aktyor, rejissor, ssenarist, prodüser
Robert Uilyam “Bob” Hoskins 26 oktyabr 1942-ci ildə Sufflokda anadan olub. Britaniyanın kino və televiziya aktyoru, kinorejissor, ssenarist və prodüserdir. Rejissor Nil Cordanın “Mona Liza” filmində “ən yaxşı kişi rolu” kateqoriyasında BAFTA və “Qızıl qlobus” mükafatlarına layiq görülüb. 1987-ci ildə həmin roluna görə “Oskar” mükafatına namizəd olub. Hoskins dörd filmin rejissoru, iki dəfə kinoprodüser və bir dəfə ssenarist olub. Onun rejissor debütü “The Raggedy Rawney” filmi olub. 1995-ci ildə “Göy qurşağı” filmini çəkib. Rejissor Robert Zemekisin “Dovşan Roceri kim təhlükəyə atıb?” filmindəki rolu və Kinematoqraf tarixində ilk dəfə “Mario superqardaşları” video oyunun ekran işi aktyora dünya şöhrəti gətirib. Onun çəkildiyi filmlər arasında Terri Qilliamın “Braziliya”, Lük Bessonun ssenarisi əsasında rejissor Lui Leteryenin “Denni zəncirlənmiş it”, Maykl Hocesin “Dualar” filmində keşiş rolu, və “Su pərisi” filmləridir. Onun ən yadda qalan rollarından biri Frensis Ford Koppolanın “Kotton klubu” kriminal dramında qanqster və Alan Parkerin Pink Floyd qrupunun eyniadlı albomu əsasında çəkilən “Divar” filmində menecer rolları olub. 29 aprel 2014-cü ildə Londonda vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Хоскинс,_Боб