Kara Delevin

Kara Delevin

Aktrisa, bəstəkar

BİOQRAFİYA

Kara Coselin Delevin – britaniyalı model və aktrisadır. Moda sahəsində 45 yaşında qədər ən cazibədar və ekstravaqant modellərdən sayılır. Models.com portalının versiyasına görə, “supermodellərin 50-i” reytinqinə daxildir. Evening Standard nəşrinin versiyasına görə, 2011-ci ilin ən nüfuzlu 1000 şəxsinin siyahısında yer alıb. Kara “Güzgü, Güzgü” adlı kitabın müəllifidir. Kitab 2017-ci ilin oktyabr ayında işıq üzü görüb. Kara Delevin “İngilis irsi” adlı Britaniya dövlət komissiyasının keçmiş başçısı ser Coslin Stivensin nəvəsidir. Anası - Pandora, “Selfridges” mağazalar şəbəkəsinin fərdi şopperidir, atası Çarlz inşaat layihələndiricisidir. Londonun prestijli Belqreyviya rayonunda malikanədə böyüyüb. Bedales şəxsi məktəbini bitirib. Xloya adlı böyük bacısı və aktrisa və model olan Poppi Delevin adlı ortancıl bacısı var. 2012-ci ildən başlayaraq Delevin epizodik rollara çəkilib. 2013-cü ildə "The Return" adlı qısametrajlı filmin çəkilişində iştirak edib. "Grand Thef Auto V2" video oyununda Non Stop Pop stansiyasının diceyini səsləndirib. Cənubi Afrikalı “Die Antwoord” qrupunun “Ugly Boy” mahnısının klipinə çəkilib. 2015-ci ildə Lyuk Besson öz “Facebook” səhifəsində Karu Delevini “Valerian” fantastik blokbasterinə baş rollardan birinə dəvət etdiyini elan edib. Filmin dünya premyerası 2017-ci ildə baş tutub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D0%BB%D0%B5%D0%B2%D0%B8%D0%BD%D1%8C,_%D0%9A%D0%B0%D1%80%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç