Ceff Nikols
Ssenarist, rejissor, prodüser, aktyor
Ceff Nikols – amerikalı aktyor, kinorejissor, ssenarist və prodüserdir. Bir sıra beynəlxalq kinofestivalların laureatıdır. Ceff Nikols 7 dekabr 1978-ci ildə ABŞ-ın Arkanzas ştatının Littl Rok şəhərində anadan olub. Şimali Karolina Universitetinin İncəsənət məktəbini bitirib. “Daha tez gəl” filminin çəkilişində aktyor qismində iştirak edib. Rejissor olaraq çəkdiyi ilk tammetrajlı bədii film – “Atəş hekayələri” 2007-ci ildə Berlin kinofestivalında təqdim olunub. Film 2008-ci ilin ən yüksək reytinqli filmlərinin sırasına daxildir. Beynəlxalq şöhrəti isə rejissora 2011-ci ildə ekranlara çıxan “Sığınacaq” filmi gətirib. 2011-ci ildə Kannda “Tənqid həftəsi” nominasiyasında əsas mükafatı qazanıb. 2012-ci ildə Metyu Makkonahinin iştirakı ilə çəkilmiş “Mad” kriminal dramı Kann festivalının əsas konkursunda nümayiş olunub. Filmin çəkilişləri səkkiz həftə davam edib. Rejissor ekran əsərini Sem Pekinp üslubunda Mark Tven əsərinin ekranizasiyası kimi təqdim edib. Daha sonra 1958-ci ildə fərqli irqlərdən olduqları halda evləndiklərinə görə Virciniyada həbs olunan və bir il məhkumluq alan Riçard və Mildred Lavinqovların real hekayəsini danışan “Lavinq” filminin çəkilişlərinə başlayıb. Ceff Nikols eyni zamanda “Avkamen” komiks filminin rejissorluğuna namizədlərdən biri olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D1%81,_%D0%94%D0%B6%D0%B5%D1%84%D1%84_(%D1%80%D0%B5%D0%B6%D0%B8%D1%81%D1%81%D1%91%D1%80)