Saşa Luss

Saşa Luss

Aktrisa

BİOQRAFİYA

Saşa Luss (Aleksandra İqoryevna Lusovskaya) – rusiyalı top-model və aktrisadır. 2015-ci ilin yanvar ayında dünyanın ən tələb olunan modellərinin kateqoriyasına düşüb (models.com saytının versiyasına görə). 2015-ci ildə Pirelli təqvimi üçün poz verib. “Dior Beauty” və “Carolina Herrera” brendlərinin simasıdır. Aleksandra Lusovskaya 6 iyun 1992-ci ildə Maqadan şəhərində anadan olub. 2007-ci ildə Moskvaya köçüb. 1992-ci ildə valideynləri boşanıb. Anası həkim-qastroenteroloq işləyib. Saşa uşaqlığında müxtəlif rəqs müsabiqələrində iştirak edib. 2007-ci ildə “Avant Models” agentliyində işləməyə başlayıb. 2007-ci ildə Alyona Axmadullinanın yaz-payız kolleksiyasının nümayişində podiuma çıxıb. 2012-ci ildə “Bohemique” kataloqu üçün çəkilib. Daha sonra “Chanel” payız-qış kolleksiyasının defilesində iştirak edib. 2014-cü ildə Pirellinin təqvimi üçün fotosessiyası olub. 2017-ci ildən aktrisalıq karyerasına qədəm qoyub, belə ki, Lük Bessonun “Valeriyan” fentezi blokbasterinə çəkilib. 2019-cu ildə Lük Bessonun “Anna” (2019) filmində baş rolu oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%83%D1%81%D1%81,_%D0%A1%D0%B0%D1%88%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç