Jülyen Arruti
Aktyor, ssenarist
Jülyen Arruti – fransız aktyor və ssenaristdir. “Super Dayə”, “Super Dayə 2” və “Super Alibi” filmlərində oynadığı rolları ilə tanınır. Jülyen Arruti 25 noyabr 1978-ci ildə Fransanın Rüey-Malmezon əyalətində anadan olub. Jülyeninin anadan olmasından dərhal sonra ailəsi La-Sel-Sen Klu şəhərinə köçüb. Aktyorun uşaqlığı elə həmin şəhərdə keçib. 2005-ci ildə Mişel Denisonun əsasını qoyduğu Jülyen “Lab Bande a Fifi” komediya truppasına qoşulur. Arrutidən başqa truppada məşhur aktyorlar Filipp Laşo, Rem Kerisi, Tarek Budali və Paskal Buasson yer alıb.Truppa dağıldıqdan sonra Jülyen müxtəlif televiziya layihələrində iştirak etməyə başlayır. 2010-cu ildə Paskal Şomelin “Qəlblərin oğrusu” komediyasına çəkilməklə kinodebüt edib. 2013-cü ildə Rem Kerisinin “Hər vəchlə Paris” filmində Lukas rolunu oynayıb. Həmin filmdə onun dostları və həmkarları Filipp Laşo, Sesil Kassel və Tarek Budali də çəkilib. Aktyorun Laşo ilə əməkdaşlığı onun debüt rejissor işi olan “Super Dayə” komediyasında da davam edib. O eyni zamanda filmin ssenari müəlliflərindən biridir. Filmin sikvelində də eyni ampluada çıxış edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/zhyulen_arruti/