Filipp Laşo

Filipp Laşo

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Filipp Laşo (fr. Philippe Lacheau) -  fransız rejissor, teleaparıcı, ssenarist və aktyordur. Dahaçox “Super dayə”, “Super dayə 2” və “Super Alibi” filmlərində oynadığı rolları ilə məşhurdur. 25 iyun 1980-ci ildə Fransanın Fontene-su-Bua kommunasında dünyaya göz açıb. 2002-ci ildən “Fifi” adı ilə Fun TV telekanalının Morning Live yumoristik proqramında çalışıb. 2004-cü ildə “Canal+” telekanalına keçərək, öz şousunu təşkil edib. 2007-ci ildə televiziyadan ayrılaraq özünə kinokaryera qurmağa başlayıb. 2009-cu ildə teleaparıcı və prodüser Kristof Deşavanın təklifi ilə Fransa ekranları üçün Yaponiyanın populyar “Sakit kitabxana” teletamaşasını adaptasiya edib. 2013-cü ildə rejissor debütünü həyata keçirərək, “Super dayə” populyar komediyasını lentə alıb və baş rolu oynayıb. 2015-ci ildə komediyanın sikveli böyük ekranlara yol tapıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B0%D1%88%D0%BE,_%D0%A4%D0%B8%D0%BB%D0%B8%D0%BF%D0%BF

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç