Cozi Rurk
Rejissor, ssenarist
Cozi Rurk (ing. Josie Rourke) – britaniyalı teatr və kino rejissorudur. Londonun Donmar Warehouse teatrının bədii rəhbəridir. 2011-ci ildə “Od olmayan yerdən çıxan tüstü” tamaşasının quruluşçu rejissoru kimi şöhrət qazanıb. Devid Tennat və Ketrin Teytin iştirakı ilə təqdim olunmuş tamaşa “Lourens Olivye” mükafatına namizəd olub. Həmin il Cozi Rurk “Donmar Warehouse” teatrının bədii rəhbəri təyin edilib. O beləcə bu teatrın tarixində ilk qadın rəhbərə çevrilib. Rəhbəri olduğu dövrdə bir sıra uğurlu tamaşalar qoyub. Buna misal kimi, Tomm Hiddlston və Mark Qettisin iştirakı ilə “Koriolan”, Enn-Meri Daff və Stiven Kempbelin iştirakı ilə “Mələklər şəhəri” (Louerns Olivye mükafatını alıb), Mişel Terrinin və özünün iştirakı ilə “Şəxsi həyat”, Cudi Dençin iştirakı ilə “Səsvermə”, Canet Maktir və Dominik Uestin iştirakı ilə “Təhlükəli əlaqələr”, Cemma Artentonun iştirakı ilə “Müqəddəs İonna” və sair tamaşaları misal göstərmək olar. Cozi Rurkun üç tamaşası (“Koriolan”, “Təhlükəli əlaqələr”, “Müqəddəs İonna” kinoteatrlarda “Milli Teatr Canlı Efirdə” (ABŞ) layihəsi çərçivəsində kinoteatrlarda yayımlanıb. “Səsvermə” tamaşası “More4” telekanalında canlı yayımlanıb. 2012-2016-cı illərdə Rurkun rəhbərliyi altında Fillida Lloydun böyük layihəsi gerçəkləşib: Kinqs-Kross vağzalında Şekspirin üç pyesi tamaşaya qoyulub. 2018-ci ilin yanvar ayında Rurk və onun uzunillər əməkdaşlığ etdiyi prodüser dostu Keyt Pakenem gələn ilk Donmar teatrından istefa verəcəylərini bəyan edib. 2018-ci ildə yüksək büdcəli “İki Kraliça” tarixi dramının rejissoru olub. Film “ən yaxşı kostyumlar” və “ən yaxşı qrim, saç düzümü” nominasiyalarında 2019-cu il “Oskar” mükafatına namizəd olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D1%83%D1%80%D0%BA,_%D0%94%D0%B6%D0%BE%D0%B7%D0%B8