Bo Uillimon
Prodüser, ssenarist
Pek Boriqard “Bo” Uillimon (ing. Pack Beauregard "Beau" Willimon) – amerikalı dramaturq və ssenaristdir. Daha çox “Kartdan ev” (House of Cards) çoxseriyalı siyasi teledramının ssenaristi və şouranneri kimi məşhurlaşıb. Bo Uillimon 26 oktyabr 1977-ci ildə Virciniya ştatının Aleksandirya şəhərində anadan olub. Atası hərbi dəniz qüvvələrinin birinci dərəcəli kapitanı olub. Atasının ezamiyyətləri ilə əlaqədar uşaqlığı müxtəlif bölgələrdə keçib (Havayi, San-Fransisko, Kaliforniya, Filadelfiya, Pensilvaniya, Missuri). Atası təxris olunub və vəkil işinə girişdikdən sonra ailəsi Sen-Luisdə qərarlaşıb. Pek Kolumbiya incəsənət məktəbinə daxil olmaq üçün Nyu-Yorka qayıdıb. Onun müəllimlərindən biri dramaturq Eduardo Maçado olub. Uillimon öz xatirələrində bildirib: “Mən heç şübhəsiz qrupumuzun ən pis tələbəsiydim. Onların hər biri məndən fərqli olaraq dramaturq olacağlarını qət etmişdilər. Mənimsə teatr aləmi ilə bağlı demək olar ki, heç bir anlayışım yox idi, eləcədə pyesin necə yazıldığını bilmirdim. Ancaq mən içməyi tərgitdim və özümü bütövlükdə bu yola həsr etdim.”. İncəsənət məktəbini bitrdikdən sonra vizual sənətlər üzrə təqaüd qazanıb və nəticədə ona paranoya haqda 40 litoqrafiya yazmaq tapşırılıb, həmin vaxt ərzində bir ilə yaxın Cənubi Afrikada yaşayıb. Layihə başa çatandan sonra fərqli-fərqli sahələrdə çalışıb, rəssam köməkçisi olub, tikinti sahəsində işləyib, evsizlərə ev tapmaqla məşğul olub, həmçinin yeni dramaturqların təcrübi biliklərini artırmağa kömək olub. Çox keçmədən Culyard ali məktəbində Lila Açeson Uollesin amerikalı dramaturqlar üçün hazırladığı proqrama yazılıb. 2018-ci ildə “Oskar” mükafatına (2019) namizəd olan “İki kraliça” filminin ssenari müəllifi olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%B8%D0%BB%D0%BB%D0%B8%D0%BC%D0%BE%D0%BD,_%D0%91%D0%BE#cite_note-cue-8