Leonid Belokurov
Ssenarist
Leonid Anatolyeviç Belokurov (əsl soyadı Barn) – Sovet kinodramaturqu, elmi-populyar, sənədli və bədii filmlərinin ssenaristidir. Həmçinin cizgi filmlərinin ssenari müəllifi olub. 1989-cu ildə RSFSR Əməkdar incəsənət xadimi adını alıb. 20 yanvar 1922-ci ildə Moskvada anadan olub. Ümumsovet Dövlət Kinematoqrafiya İnstitutunda oxuyub. Böyük Vətən Müharibəsi dövründə bütün kurs yoldaşları ilə bərabər xalq özünümüdafə qüvvələrinin sıralarına qoşulub. 1943-cü ildə ssenaristlik fakültəsini bitirib. Bədii filmlərin istehsalı idarəsi və ssenari studiyasında redaktor işləyib. Əlli ildən çox redaktor və ssenarist kimi Elmi-populyar filmlər studiyası ilə əməkdaşlıq edib (ssenarist və redaktor qismində). Son illərini “Soyuzmultfilm” kinostudiyasının rəhbərliyi ilə məhkəmə çəkişmələrində keçib. O studiya rəhbərliyini müəllif hüquqlarını pozmaqda və ona çatası pulları ödəməməkdə ittiham edib. Məhkəmə onun xeyrinə qərar çıxarıb, studiyanın üzərinə “Mauqli” cizgi filminin prokatından çatası mükafatı ödəmək öhdəliyi qoysa da, rəhbərlik 1993-cü ildə qəbul olunmuş qanuna (Müəllif hüquqları haqda) əsas tutaraq, ödəniş etməkdən imtina edib. Belokurovun ölümündən sonra müəllif hüquqları ilə bağlı onun həyat yoldaşı yeni məhkəmə iddiası qaldırıb. Leonid Belokurov 12 dekabr 2003-cü ildə vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%BB%D0%BE%D0%BA%D1%83%D1%80%D0%BE%D0%B2,_%D0%9B%D0%B5%D0%BE%D0%BD%D0%B8%D0%B4_%D0%90%D0%BD%D0%B0%D1%82%D0%BE%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87