Roman Davıdov
Rejissor
Roman Vladimiroviç Davıdov 9 aprel 1913-cü ildə Moskvada anadan olub. Sovet multiplikasiya rejissorudur. 1979-cu ildə RSFSR əməkdar incəsənət xadimi adını alıb. Moskva sənaye texnikumunu bitirsə də, məzun olduqdan çox keçməmiş onda rəssamlıq bacarıqları aşkarlanıb. 1932-cı ildə Davıdov karikaturaçı-rəssamların müsabiqəsini qazanıb. 1934-cü ildə “Krokodil” jurnalının karikaturaçı-rəssamlar üçün təşkil etdiyi kursları bitirib. 1937-ci ildə “Soyuzmultfilm” studiyasının təşkil etdiyi rəssam-multiplikatorluq üzrə kurslara yazılıb. Uzun illər aparıcı rejissorlar Polkovnikov, Babiçenko, İvanov-Vano, Paşenko və başqaları ilə işləyib. 1956-cı ildə Roman Davıdovun rejissor kimi debütü baş tutub (“Qoğalın nağılı”, 1956, kukla filmi). 1958-ci ildə “Üç ayı” cizgi filminin rejissoru olub. 1966-cı ildə Redyard Kiplinqin “Cəngəllik kitabı” əsəri əsasında “Mauqli” cizgi filmini yaratmağa başlayıb. 1967-1971-ci illərdə beş hissəli “Mauqli” serialı çıxıb. Davıdova həmçinin tarixi və nağıl janrlarında olan cizgi filmləri o cümlədən “Ratiborun uşaqlığı”, “Yevpatiya Kolovrat haqda nağlı” və sair şöhrət gətirib. Bir müddət rəssam-multiplikatorların ixtisas artırma kurslarında dərs deyib. Oğlu Aleksandr Davıdov onun yolunu tutaraq rejissor-multiplikator olub. 17 sentyabr 1988-ci ildə vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B0%D0%B2%D1%8B%D0%B4%D0%BE%D0%B2,_%D0%A0%D0%BE%D0%BC%D0%B0%D0%BD_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87