Lyudmila Kasatkina

Lyudmila Kasatkina

Aktrisa

BİOQRAFİYA

Lyudmila İvanovna Kasatkina 15 may 1925-ci ildə Novoye Seloda anadan olub. Sovet və rusiyalı teatr və kino aktrisasıdır. 1975-ci ildə SSRİ Xalq artisti adını alıb. 1976-cı ildə Vasilyev qardaşları adına RSFSR Dövlət mükafatının laureatı olub. Lyudmila Kasatkina Smolensk quberniyasının Vyazemsk qəzasının Novoye Selo kəndində böyük kəndli ailəsində anadan olub. 1964-cü ildə ilk dəfə olaraq çoxseriyalı Sovet teleserialına (“Atəşi üzərimizə götürürük”, Вызываем огонь на себя) çəkilib. Filmdə həqiqi partizan qadın Anna Morozova obrazını canlandırıb. Filmin nümayişindən sonra  Morozovaya Sovet İttifaqı qəhrəmanı verilib. Kasatkina daha çox cizgi filmlərinin səsləndirilməsi ilə məşhurlaşıb. Məsələn 1967-1971-ci illərdə “Mauqli” cizgi serialında Bagira adlı personajı səsləndirib. Mütəmadi olaraq yaradıcılıq gecələrində çıxışlar edib. 1979-cu ildə əri ilə birlikdə Rusiya Teatr İncəsənət İnstitutunun aktyorluq fakültəsində bədii emalatxana yaradıb. Emalatxana 12 il ərzində fəaliyyət göstərib və peşəkar səhnəyə onlarla peşəkar aktyor gətirib. Son illərini İncəsənət institutunda dərs deyib. Aktrisanın yaradıcılığına “Bu gün və hər gün” (1971) və “Lyudmila Kasatkina: Təlimçi qadın” (2018) verilişləri həsr olunub. 22 fevral 2012-ci ildə Moskvada vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D1%81%D0%B0%D1%82%D0%BA%D0%B8%D0%BD%D0%B0,_%D0%9B%D1%8E%D0%B4%D0%BC%D0%B8%D0%BB%D0%B0_%D0%98%D0%B2%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç