Burak Göral

Burak Göral

Ssenarist

BİOQRAFİYA

Burak Göral 1972-ci ildə İstanbulda (Türkiyə) anadan olub. Mərmərə Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin məzunu olsa da hər zaman kino aləminə böyük maraq göstərib. Rejissor Yavuz Özkanın “Bir kişinin anatomiyası” filmində rejissor asisstenti vəzifəsini icra edən Göral, eyni vaxtda "Milliyət" qəzeti üçün filmlər haqqında məqalələr yazırdı. Qısa müddət radioda aparıcı kimi çalışan Göral, sonradan bəzi filmlər üçün ssenarilərin yazılmasında köməklik göstərib, daha sonra isə internet sektoruna keçib. Həmin illərdə bəzi ortaq ssenarilərə imza atıb. Ssenarisini yazdığı “Gecə 11.45” adlı film 2015-ci ildə ekrana çıxıb. 13 ildir qəzet və jurnallar üçün kino aləmi haqqında məqalələr yazan Göral, 2002-ci ildə ”Dostlarım Al Paçino və Sədri Alışıq” adlı ilk kitabı, 2003-cü ildə isə “Hollywood” adlı ikinci kitabı işıq üzü görüb. Ailəlidir və bir övladı var. Göral üçüncü mitabı və bir neçə kino ssenariləri üzərində işlərini davam etdirir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinopoisk.ru/name/1151651/ 

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç