Yuliya Aleksandrova
Aktrisa
Yuliya İqorevna Aleksandrova (14 aprel 1982, Moskva SSR) — rusiyalı kino və teatr aktrisasıdır. Yuliya Aleksandrova 14 aprel 1982–ci ildə Moskvada anadan olub. 2013-cü ildə Moskva Dövlət Kinomotoqrafiya İnstitutunu bitirib. 2004-cü ildə “ApART” teatrında çıxış etməyə başlayıb. Həmin ili “Ata” filmində tələbə rolunda çəkilib. “Zərif qəlbdən gələn bəla”, “Kapakabana”, “Morozko” və sair tamaşalarda oynayıb. 2008-ci ildə “Hər kəs öləcək, mən qalacam” filmində Nastya rolunda çəkilib. 2013-cü ilfə “Öpüşün!” komediyasında baş gəlin rolunu ifa edib. Film Rusiya kinosənayesi tarixində ən gəlirli film olub. Filmin gəlirləri büdcəsindən 17 dəfə artıq olub. 2015-ci ildə “Ən yaxşı gün” komediyasında Olqa rolunda çəkilib. 2017-ci ildə “Yeni şam ağacları” komediyasında Olqa rolunda çəkilib. 2018-ci ildə “Leninqrad” qrupunun “Paris deyil” klipində evdar qadın-super qəhrəman rolunu canlandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Александрова,_Юлия_Игоревна