Larisa Qolubkina
Aktrisa
Larisa İvanovna Qolubkina – sovet və rusiyalı aktrisadır. RSFSR-in xalq artisti Andrey Mironovun həyat yoldaşıdır. Larisa Qolubkina 9 mart 1940-cı ildə Moskvada anadan olub. 1955-ci ildə Moskva Musiqi Pedaqoji Peşə Məktəbinin dirijorluq-xor ifası bölməsinə qəbul olunub. Oranı 1959-cu ildə bitirdikdən sonra Rusiya Teatr Sənəti İnstitutuna daxil olub (musiqili komediya bölməsinə). Tələbə olduğu vaxt aktrisa kimi debütünü Eldar Ryazanovun “Qusar balladası” komediyasında oynadığı rolla gerçəkləşdirib. 1964-cü ildə Rusiya Teatr İncəsənət İnstitutunu bitirdikdən sonra 1964-cü ildə Sovet Ordusu Mərkəzi Akademik Teatrının aktrisası olub. Həm lirik, həm də xarizmatik qəhrəmanları ustalıqla canlandırdığından, yaxşı oxumağı və rəqs etməyi bacardığından teatrın əksər tamaşalarında rol alıb: “Əsgər və Həvva”, “Renaldo döyüşə gedir”, “Uzaq keçmişdə”, “Əbədilik qanunu”, “Sonuncu məcnun”, “Sevgi – qızıl kitab” və sair. 1974-cü ildə Yevgeni Ginzburqun “Piqmalion” klassik tamaşası əsasında lentə aldığı “Larisa Qolubkinanın Benefisi” teletamaşasına çəkilib. Benefis Böyük Britaniyada keçirilən 17-ci Beynəlxalq Əyləncə xarakterli Televiziya Verlişləri Müsabiqəsində “Büllur antenna” (1977) mükafatına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BE%D0%BB%D1%83%D0%B1%D0%BA%D0%B8%D0%BD%D0%B0,_%D0%9B%D0%B0%D1%80%D0%B8%D1%81%D0%B0_%D0%98%D0%B2%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%BD%D0%B0