Vladimir Andreyev

Vladimir Andreyev

Actor, director, screenwriter

BİOQRAFİYA

Vladimir Alekseyeviç Andreyev  - sovet və rusiyalı aktyor, teatr rejissoru, ssenarist və pedaqoqdur. 1985-ci ildə SSRİ xalq artisti adını alıb. 1980-ci ildə K.S. Stanislavski adına RSFSR Dövlət mükafatı laureatı olub. 2012-ci ildən M.N.Yermolova adına Moskva dram teatrının prezidentidir. Vladimir Andreyev 27 avqust 1930-cu ildə başqa mənbələrə görə isə avqustun 26-da Moskvada anadan olub. Teatr məktəbinə daxil olmaq üçün onu Malıy teatrın aktrisası V.N.Rıjova hazırlaşdırıb. 1952-ci ildə Rusiya Teatr İncəsənət İnstitutunun aktyorluq fakültəsinin məzunu olub. 1952-1970-ci illərdə aktyor, 1970-1985-ci illərdə baş rejissor, 1990-2012-ci illərdə bədii rəhbər kimi fəaliyyət göstərib. 2012-ci ildən M.N.Yermolova adına Moskva dram teatrının prezidentidir. 1987-1989-cu illərdə “Test” studiya-teatrının bədii rəhbəri, baş rejissoru olub. Orada “Qış aslanı” tamaşasını qoyub və özü də IV Henri rolunu ifa edib. Rusiya Teatr İncəsənət Universitetində dərs deyir, kursun bədii rəhbəridir. 1972-ci ildən aktyorlu sənəti kafedrasının müdiridir, 1978-ci ildən isə rejissorluq kafedrasının professoru olub. 1995-ci ildə akademik dərəcəsi alıb. 1962-ci ildən bəri kommunist partiyası üzvüdür.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BD%D0%B4%D1%80%D0%B5%D0%B5%D0%B2,_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B5%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç