İqor Geleyn

İqor Geleyn

Operator, ssenarist

BİOQRAFİYA

İqor Vladimirovç Geleyn (1905-1985) – sovet ssenaristi və kinooperatorudur. 1965-ci ildə RSFSR Əməkdar incəsənət xadimi adını alıb. 21 mart 1905-ci ildə Armavirdə (indiki Krasnodar diyarı, Rusiya) anadan olub. Tukkuma (indiki Tukums) şəhərinin meşşanlarından olub. 1920-ci ildə Moskvanın 61-ci Sovet əmək məktəbini bitirib. 1921-1927-ci illərdə Moskva Torpaq Tədqiqatı İnstitutunun geodeziya fakültəsində oxuyub. Kinematoqrafiyada yaradıcı yolu A.O.Qavronski və A.İ.Medvedkinlə əməkdaşlığından başlayıb. 1929-1941-ci illərdə Moskva və Odesssanın müxtəlif kinostudiyalarında çalışıb. Böyük Vətən müharibəsi illərində mühəndis-kapitan rütbəsində cəbhəyə göndərilib. Cənub-Qərb, Kalininsk, 1-ci Baltikyanı və 2-ci Belarus cəbhələrində müharibə kinooperatoru işləyib. 1942-ci ilin ortalarında rəngli plyonkada Vitebsk uğrunda gedən döyüşləri çəkib: şəhərə hücuma hazırlıqları, hücumu, katyuşalardan atəşi, aviasiya reydlərini, gecə toqquşması, və digər əməliyyatları lentə alıb. Bu sovet kinooperatorunun çəkdiyi yeganə rəngli Böyük Vətən müharibəsi kadrları sayılırdı. II dərəcəli Böyük Vətən müharibəsi ordeni və "Qızıl Ordu" ordeni ilə təltif olunub. 1945-ci ildən “Mosfilm” studiyasının kinooperatoru kimi fəaliyyət göstərib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B5%D0%BB%D0%B5%D0%B9%D0%BD,_%D0%98%D0%B3%D0%BE%D1%80%D1%8C_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Ssenarist
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç