Ceymi Rey Nyuman

Ceymi Rey Nyuman

Aktrisa, prodüser

BİOQRAFİYA

Ceymi Rey Nyuman – amerikalı aktrisa, müğənni və kinoprodüserdir. 2019-cu ildə “ən yaxşı qısametrajlı film” nominasiyasında “Oskar” mükafatçısı olub. Ceymi Rey Nyuman karyerasına 11 yaşında olanda qədəm qoyub. Şöhrəti isə ona “Baş xəstəxana” sabun operasında oynadığı rol gətirib. Həmin seriala 2001-2003-cü illərdə çəkilib. Sabun operasının aktyor heyətindən ayrıldıqdan sonra “praym-taym” seriallarına girişib. Nyuman ABC telekanalının “İstvik” serialında (2009-2010) baş rollardan birini oynayıb. Daha əvvəl isə o “Veronika Mars” serialının son mövsümünə çəkilib. Bundan başqa “Evrika” (2009-2010) və “Ölümcül gözəl” (2010-2013) seriallarına çəkilib. Müxtəlif illərdə Nyuman “Cordanın istintaqı”, “C.S.I.: Cinayət yeri”, “Fövqəltəbii”, “Ulduz darvazası: Atlantida”, “Sümüklər”, “Medium”, “Cinayətkar kimi fikirləşmək”, “Qəhrəmanlar”, “Bədən hissələri”, “Kasl”, “Qrimm” və s. seriallara çəkilib. 2 aprel 2012-ci ildən Nyuman İsrailli rejissor Qay Nattivlə evlidir. Nattiv onu “Dəri” adlı filminə mərkəzi qadın rollarından birinə çəkib. Həmçinin həmin filmin prodüserlərindən biri olub. 2013-cü ildə cütlüyün ilk övladları ölü  doğulub. Dörd düşüş və dörd il davam edən müalicədən sonra, surroqat hamiləlik yolu ilə ana olmağa qərar verib. Hazırda onların 2018-ci il təvəllüdlü Alma adlı qızları var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Ньюман,_Джейми_Рэй

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç