Qay Nattiv
Rejissor, ssenarist, prodüser
Qay Nattiv – İsrailli rejissor, ssenarist və prodüserdir. 24 may 1973-cü ildə Təl-Əvivdə anadan olub. 2002-ci ildə Təl-Əvivin “Kamera obskura” adlı İncəsənət Məktəbinin kino və televiziya fakültəsini bitirib. Böyük kinoya gəlişi “Daşqın” (2002) adlı qısametrajlı filin təqdimatı ilə başlayıb. Adı çəkilən film Berlin Kinofestivalının “Büllur ayı” mükafatını alıb. Bir ildən sonra isə ərəb və yəhudinin Paris metrosunda görüşündən bəhs edən “Yadlar” (2003) adlı lenti isə “Sandens” müstəqil kinofestivalının mükafatçısı olub. İlk tammetrajlı “Yadlar” (2007) adlı filmi İsrailli kişi ilə fələstinli qadının həqiqi sevgi hekayəsini danışır. 2018-ci ildə “Dəri” filminə görə “Oskar” mükafatına namizəd olub. Aktrisa Ceymi Rey Nyumanla evlidir. Bu nikahdan, surroqat ananın dünyaya gətirdiyi 1 qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/director/euro/494611/bio/