Yuriy Çulyukin
Ssenarist, rejissor, aktyor
Yuriy Stepanivoç Çulyukin 9 noyabr 1929-cu ildə Moskvada anadan olub. Sovet kinorejissoru, ssenaristi, kinoaktyoru və nəğməkar şairidir. 1979-cu ildə Rusiya SFSR Xalq artisti adını alıb. 1956-cı ildən Sovet İttifaqı Kommunist partiyasının üzvü olub. Anası Yuriya Böyük teatrda rejissor işləyib. Həyat boyu atasının tanınmış aktyor Mixail Fyodoroviç Astanqov olduğu ilə bağlı şayələr dolanıb, belə ki, xarici görünüşlərində inanılmaz oxşarlıq olub. Yuriy Çulyukin 7 mart 1987-ci ildə Sovet kinosu həftəsi münasibətilə səfər etdiyi Maputu şəhərində, Mozambikdə həlak olub. Dəqiq ölüm səbəbi indiyə kimi bəlli olmayıb. Bir versiyaya görə, o ehtiyatsız davranaraq mehmanxana liftinin mədəninə yıxılıb. 2014-cü ilin mart ayında yayımlanan “Sevodnya veçerom” verlişində “Qızlar” filminə çəkilmiş aktrisalardan biri onun qətlə yetirildiyini iddia edib? “Mehmanxanada liftin qarşısında bir neçə yerli Sovet aktrisası İrina Şevçuka sataşıb. O İrinanın müdafiəsinə qalxıb” və dediyinə görə nəticədə öldürülüb. Siyasi qalmaqalın baş verməməsi üçün məsələni ört-basdır ediblər. Rejissor iki dəfə evli olub. Birinci həyat yoldaşı (1957-1966) – aktrisa Natalya Kustinskaya olub. Onların bu nikahdan uşaqları olmayıb. Bir dəfə hamilə qalsa da, aktrisa Marianna Strijenyova əri Oleq Strijenyovun Kustinskaya ilə gəzdiyi ilə bağlı şayəni eşidərək onunla bərk dalaşıb və nəticədə uşaq düşüb. Ölümündən bir neçə il qabaq aktrisa Lüdmila Çulyukinlə evlənib. Aktrisa ərinin bir neçə filminə çəkilib.– 7 mart 1987-ci ildə Maputuda vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D1%83%D0%BB%D1%8E%D0%BA%D0%B8%D0%BD,_%D0%AE%D1%80%D0%B8%D0%B9_%D0%A1%D1%82%D0%B5%D0%BF%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87