Aleksandra Paxmutova
Bəstəkar
Aleksandra Nikolayevna Paxmutova 9 noyabr 1929-cu ildə anadan olub. Sovet və Rusiyalı bəstəkar, pianoçudur. 400-dən çox mahnının müəllifidir, ictimai xadimdir. 1990-cı ildə Sosialist Əmək qəhrəmanı adını alıb. 1984-cü ildə SSRİ Xalq artisti olub. 1975 və 1982-ci illərdə SSRİ Dövlət mükafatı laureatı olub. 2014-cü ildə Rusiya Federasiyası dövlət mükafatı, 1966-cı Lenin komsomol mükafatına layiq göürülüb. 1979 və 1990-cı illərdə Lenin orderi ilə təltif edilib. Aleksandra Paxmutova 9 noyabr 1929-cu ildə Ninje-Voljsk diyarının Beketovka qəsəbəsində Nikoyal Andrianoviç və Mariya Ampleyevnanın ailəsində anadan olub. Uşaqlığından bəri musi istedadı ilə həmyaşıdlarından fərqlənib. İlk melodiyalarını üç yaşında olanda bəstələyib. Beş yaşılnda olanda fortepiano üçün “Xoruzlar oxuyur” pyesini bəstələyib. 1956-cı ildə Aleksandra Paxmutova nəğməkar şair Nikolay Dobronravova ərə gedib. Cütlüyün uşaqları olmayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D1%85%D0%BC%D1%83%D1%82%D0%BE%D0%B2%D0%B0,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%B0_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B5%D0%B2%D0%BD%D0%B0