Stanislav Xitrov
Aktyor
Stanislav Nikolayeviç Xitrov 22 iyul 1936-cı ildə Moskvada anadan olub. 1959-cu ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu fərqlənmə ilə bitirib. Məzun olana qədər artıq iki filmdə rol alıb. İlk baş rolunu “Yaşa Toporkov” filmində oynayıb. Sovet İttifaqı ərazisində rejissor Yuriy Çulyukinin “Qızlar” romantik komediyasında oynadığı ikinci plan rolla qazanıb. Filmdə onun qəhrəmanı şən və yaraşıqlı oğlan Filya Yeqorovdur. Şöhrət qazandıqdan sonra Stanislav Xitrov Kinoaktyorlar studiyası teatrında çalışmağa başlayıb və mütəmadi olaraq filmlərə çəkilib. Filmlərdə həm müsbət, həm də mənfi obrazlar canlandırıb, o xarizması və özünəməxsus ədaları ilə tamaşaçıların simpatiyasını qazanıb. Habelə şöhrət eyforiyası təəsüf ki aktyoru içki düşkünüə çevirib və beləcə onun karyerası məyusedici şəkildə başa çatıb. Buna qədər ildə 2-3 filmə çəkilirdisə, 70-ci illərin ikinci yarısından sonra demək olar ki, Sovet kinosunda unudulub. Sonuncu rolunu rejissor Mixail Şveytserin “Ölü Canlar” telefilmində oynayıb. 24 may 1985-ci ildə Moskva xəstəxanalarından birində pnevmoniyadan dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B8%D1%82%D1%80%D0%BE%D0%B2,_%D0%A1%D1%82%D0%B0%D0%BD%D0%B8%D1%81%D0%BB%D0%B0%D0%B2_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B5%D0%B2%D0%B8%D1%87