Meredit Monro
Aktrisa
Meredit Monro 30 dekabr 1969-cu ildə Hyuston şəhərində (Texas ştatı, ABŞ) anadan olub. 1998-2001-ci illərdə çəkildiyi “Dousonun buxtası” teleserialında Endi Makfi rolu ilə tanınıb. 1997-ci ildən Texasdan Los Ancelesə köçən aktrisa “Təhlükəli düşüncələr” serialında daimi rol alır. Bir mövsümdən sonra serial bağlanıb. “Sanset Biçin sirrləri və məhəbbət” gündüz sabun operasında ikinci dərəcəli rolu ifa edib. 1999-cu ildə “Dousonun buxtası” serialında ən mühüm rolunu oynayıb. Serialı trk edəndən sonra 2002-ci ildə “Ən yaxşı rəfiqə” filmində baş rolda çəkilib. Əksər seriallarda C.S.I.: Cinayət yeri Mayami”, “Həkim Haus”, “Qorxu ustaları”, Sümüklər”, “Xüsusi təcrübə”, “Dəniz polisi: Xüsusi şöbə”, və “Xəfiyyə” ikinci dərəcəli və ya qonaq rolları canlandırıb. 2005-2009-cu illərdə “Cinayətkar kimi düşünmək” serialında baş qəhrəmanın arvadı rolunda çəkilib. 1999-cu ildə Meredit iki il görüşdüyü tibb işçisi Stiven Kavovaytla ailə qurub. Cütlüyün oğlu və əkiz qız övladları var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Монро,_Мередит