Dem Radulesku

Dem Radulesku

Aktyor

BİOQRAFİYA

Dem Redulesku – rumıniyalı teatr, kino və televiziya aktyorudur. Buxarestin İ.L.Karacale adına Milli Teatr və Kino Universitetinin professor-pedaqoqu olub. Rımınka-Vılça şəhərinin fəxri vətəndaşıdır. Atası tacir olub. 21 sentyabr 1931-ci ildə Rımınka-Vılça şəhərində anadan olub. Doğma şəhərində A.Laqovari adına milli kolleci bitirib. Gəncliyində fəal şəkildə idmanla məşğul olub. Boks üzrə həvəskarlar arasında keçirilə çempionatda qızıl medalçı olub. Kolleci bitirdikdən sonra boks və ya aktyorluq karyerası arasında seçim etmək məcburiyyətində qalıb və sonuncuya üstünlük verib. 1956-cı ildə gənc aktyorlar müsabiqəsində “Qüllədəki bayraqlar” tamaşasında oynadığı quldur Rıjikov roluna görə birinci yeri tutub. Rumıniya kinosunun ən görkəmli komiklərindən sayılır. 1959-cu ildən bəri 65 kino və telefilmə çəkilib. Teatr və kino ilə yanaşı filmlərin dublyaj və səsləndirilməsi ilə də məşğul olub. 2000-ci ilin sentyabr ayında insultdan vəfat edib. Bella mühasib məzarlığında dəfn olunub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D1%8D%D0%B4%D1%83%D0%BB%D0%B5%D1%81%D0%BA%D1%83,_%D0%94%D0%B5%D0%BC

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç