Kurt Fuller

Kurt Fuller

Aktyor

BİOQRAFİYA

Kurt Fuller – amerikalı aktyordur. 16 sentyabr 1953-cü ildə San-Fransisko şəhərində anadan olub. Bir çox televiziya və kino layihələrində iştirak edib, ictimai çıxışları olub. Əsl adı Körtisdir. Uşaqlığı San-Xoakində (Çili) keçib. 1971-ci ildə Kaliforniyanın Stokton şəhərində Linkoln adına məktəbi bitirib. Berkli Universitetində ingilis dili ədəbiyyatı üzrə ali təhsil alıb. Bir müddət Los-Ancelesdə daşınmaz əmlak alqı-satqısı ilə məşğul olub, paralel olaraq müxtəlif teatr tamaşalarında iştirak edib. Aktrisa Cessika Hendra (yazıçı Toni Hendranın qızı) ilə evlidir və Culiya və Şarlotta adında iki qızı var. 1984-cü ildən teleseriallara çəkilir. “Qaçan adam” filminə çəkilməklə debüt edib. Şöhrəti Kurt Fullerə “Ueynin dünyası” filmində telerejissor Rassel Finli rolu gətirib. Bundan başqa “Kabus ovçuları 2” filmində Nyu-york şəhər merinin yaramaz müavini rolunda yadda qalıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D1%83%D0%BB%D0%BB%D0%B5%D1%80,_%D0%9A%D1%83%D1%80%D1%82

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç