Ceyms Rodey

Ceyms Rodey

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Ceyms Rodey (ing. James Roday) – tam adı Ceyms Devid Rodriqez – amerikalı aktyor, ssenarist, rejissor və prodüserdir. Daha çox “Falçı” serialında Şon Spenser rolu ilə məşhurdur. Rodey 4 aprel 1976-cı ildə Texas ştatının San-Antonio şəhərində anadan olub. Orta təhsilini doğma şəhərində alıb. Atası Ceyme Rodriqes meksikalıdır. Anası isə ingiliz, irland və şotland əsillidir. Rodey Nyu-York universitetinin teatr bölməsini bitirərək, təsviri incəsənət üzrə bakalavr dərəcəsinə yiyələnib. 22 yaşında olanda tamaşaçıların onun səhv salmaması üçün özünə Ceyms Rodey səhnə adı götürüb, belə ki, ABŞ kinoaktyorları gildiyasında “Ceyms Rodriges” aktyor adı artıq qeydiyyatda olub. Kino və televiziya aktyorluğuna aparan yolu teatr səhnəsindən keçib. Əlamətdar rolları arasında “Üç bacı” tamaşasında oynadığı rolu göstərmək olar. Karyerasında ən uğurlu layihə (2019-cu ilə qədər) “Falçı” serialı olub. USA Network telekanalında yayımlandığı səkkiz mövsüm ərzində mərkəzi rollardan birini oynayıb. 2006-cı ildə Todd Hartan və Cemys Demonako Rodeylə birlikdə “Qulyabani-canavarlar” filminə ssenari yazıb. Bred Rayderlə birlikdə “Red Dog Squadron” adlı Los-Anceles truppasını yaradıb. Tearın həmdə bədii rəhbəridir. 2006-2014-cü illərdə “Falçı” serialına birgə çəkildiyi Meqqi Lousonla vətəndaş nikahında olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D0%B4%D1%8D%D0%B9,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D0%BC%D1%81

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç