Eli Landri

Eli Landri

Aktrisa

BİOQRAFİYA

Eli Jermen Landri 21 iyul 1973-cü ildə ABŞ-ın Luiziana ştatının Broks Bric şəhərində anadan olub. Bu əsasən kacunların kompakt yaşadığı ərazi sayılır. Elinin valideynləri məhz bu subetnik qrupdandır. 1991-ci ildə Luizianada orta məktəbi bitirib. 1996-cı ildə “Miss ABŞ” gözəllik müsabiqəsinin qalibi olub. Orada eyni zamanda “Miss fotogenik” titulunu qazanıb. Ali təhsilinə gəlincə Luiziana Universitetində tələbə olub. Kappa Delta tələbə qızlar birliyinin və ya “bacılığının” (ing.sorority) üzvü olub. Habelə gözəllik müsabiqəsində qalib olduqdan sonra təhsili yarımçıq buraxıb. 1997-ci ildən kinoya çəkilir. 1998-ci ildə People jurnali onu dünyanın ən gözəl 50 insanından biri adlandırıb. O eyni zamanda FHM versiyasına görə dünyanın ən cazibədar qadınlarının yüzlüyünə daxil edilib. Bundan başqa “Stuff magazine” jurnalı onu iki dəfə ən cazibədar qadınların reytinqinə daxil edib. “Askmen.com” veb-portalı Landrini dünyanın ən gözəl əlli qadından biri adlandırılıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%B8,_%D0%AD%D0%BB%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç