Yevgeniy Doqa
Bəstəkar, aktyor
Yevgeniy Dmitriyeviç Doqa (rum. Eugen Doga) – Sovet, Moldova və Rusiya bəstəkarı, pianoçu, pedaqoq, ictimai xadimdir. 1987-ci ildə SSRİ Xalq artisti adını alıb. 1984-cü ildə SSRİ dövlət mükafatı laureatı olub. Doqa müxtəlif janr və üslublarda olan musiqi və mahnılar bəstələyir. Üç ballet müəllifidir (“Luçaferul”, “Venansiya”, “Kraliça Marqo” ), 100-dən çox instrumental və xor kompozisiyası, simfoniyası, 6 kvarteti, nəfəs alətləri üçün “Rekviemi” var. 13 tamaşa və radiotamaşa, 200-dən çox filmin musiqisini yazıb. 260-dan çox mahnı və romans, 70-dən çox vals müəllifidir. 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunlarının açılış və bağlanış mərasiminin musiqisinin müəllifi olub. Həmçinin 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya oyunlarının bəstəkarı olub. 2017-ci il bəstəkarın səksən illik yubileyi münasibətilə Moldovada Doqa ili elan olunub. Kişinyovun fəxri vətəndaşıdır. Onun adına musiqi məktəbi fəaliyyət göstərir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%BE%D0%B3%D0%B0,_%D0%95%D0%B2%D0%B3%D0%B5%D0%BD%D0%B8%D0%B9_%D0%94%D0%BC%D0%B8%D1%82%D1%80%D0%B8%D0%B5%D0%B2%D0%B8%D1%87