Leonid Serebrennikov
Aktyor
Leonid Fyodoroviç Serebrennikov – sovet və rusiyalı müğənni, aktyordur. 1947-ci ildə Moskvada doğulub. Atası Böyük Vətən müharibəsi iştirakçısıdır, Dağ-Mədən İnstitutunun təsərrüfat bölməsinin direktor müavini vəzifəsində çalışıb. Anası isə Dağ-Mədən İnstitutunun məzunudur, mühəndis-markşeyder vəzifəsini tutub, daha sonra SSRİ Elmlər Akademiyasının Dağ işi İnstitutunun elmi rəyasət heyətinin katibi olub. Leonid məktəbi bitirdikdən sonra M.S.Şepkin adına Teatr Peşə Məktəbinə daxil olmağa qərar verib. İki il dalbadal imtahanlarda iştirak etsə də, müsabiqədən keçə bilməyib. Qəbul imtahanları arasında yaranan intervalda tokar və çertyojçu işləyib. Üçüncü cəhdindən Teatr peşə məktəbinə qəbul olunub. Oranı 1971-ci ildə bitirib. 1960-cı illərin sonlarında Lübereski şəhər mədəniyyət sarayının estrada orkestrində çıxış edib. 1974-cü ildə "Moskonsert"in truppasına qoşularaq, A.Qorbatıxın rəhbərliyi altında estrada orkestri solisti, daha sonra isə "Roskonsert"in solisti olub. “Sovetskaya pesnya” estrada orkestrində çalışıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B5%D1%80%D0%B5%D0%B1%D1%80%D0%B5%D0%BD%D0%BD%D0%B8%D0%BA%D0%BE%D0%B2,_%D0%9B%D0%B5%D0%BE%D0%BD%D0%B8%D0%B4_%D0%A4%D1%91%D0%B4%D0%BE%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87