İon Popesku-Qopo
Rejissor, ssenarist, aktyor
İon Popesku-Qopo – rumıniyalı rejissor, rəssam və ssenaristdir. 1 may 1923-cü ildə anadan olub, 29 noyabr 1989-cu ildə vəfat edib. 1957-ci ildə onun “Qısa hekayə” (Scurta İstorie) adlı cizgi filmi Kann festivalında ən yaxşı qısametrajlı film nominasiyasında “Qızıl palma budağı” mükafatını qazanıb. 1949-cu ildə Buxarestdə Gözəl sənətlər akademiyasını bitirib. 1950-ci ildə atası ilə birlikdə “Animafilm” studiyasını təsis edib. 1949-cu ildə “İki qəpiyi olan daxıl” cizgi filmi ilə debüt edib. “Qısa hekayə” (1957), “Yeddi incəsənət” (1958), “Homo Sapiens” (1960), “Allo, allo!” (1962) kimi fəlsəfi kontekstli cizgi filmlərin, “Bomba oğurlandı” (1961), “Aya aparan addımlar” (1964), “Ağ Arap olsaydım” (1965), “XX əsrin Faustu” (1966) və digər bədii filmlərin rejissoru olub. Karyerasının əvvəlində yalnız cizgi filmləri ilə məşğul olub, belə ki, ixtisasca peşəkar rəssam-karikaturaçı olub. 1974-cü ildə Rumıniyalı kinematoqraflar assosasiyasının prezidenti təyin olunub. SSRİ-də İon Popesku-Qopo “Mariya, Mirabela” və “Mariya, Mirabelə Transtarixdə” filmlərinin rejissoru və ssenari müəllifi kimi məşhurlaşıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%BE%D0%BF%D0%B5%D1%81%D0%BA%D1%83-%D0%93%D0%BE%D0%BF%D0%BE,_%D0%98%D0%BE%D0%BD