Medeya Marinesku
Aktrisa
Medeya Marinesku 27 may 1974-cü ildə Rumıniyanın Buxarest şəhərində anadan olub. Kinodebütünü hələ 3 yaşı olanda rejissor Mirçi Moldovanın “Qış tumurcuqları” («Зимние почки») filmində həyata keçirib. Altı yaşında olanda rejissor İon Popesku-Qoponun “Mariya, Mirabela” (1981) uşaq filmində baş rollardan birini (Mirabela rolunu) oynayıb. 1996-cı ildə Marinesku Rumıniyanın Teatr və Kino Akademiyasını bitirib. Buxarestdə “İon Luk Karacal” Milli Teatrında oynayıb. Teatr işi ilə yanaşı teleseriallara və reklam çarxlarına da çəkilir. 1990-cı illərin ortalarında iki fransızdilli telefilmin çəkilişində iştirak edib. 2006-cı ildə Marinesku rejissor İzabel Merqonun “Siz belə gözəlsiniz” filmində baş rolu oynayıb, 4 il sonra yenidən Merqo ilə əməkdaşlıq edərək onun “Əvəz-əvəz dünyası” filmində çəkilib. 7 fevral 2004-cü ildə Rumıniya prezidenti İon İliesku onu “Mədəniyyat sahəsindəki xidmətlərə görə” ordenlə təltif edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D1%80%D0%B8%D0%BD%D0%B5%D1%81%D0%BA%D1%83,_%D0%9C%D0%B5%D0%B4%D0%B5%D1%8F