Gilda Manolesku
Aktrisa
Gilda Manolesku – rumınyalı aktrisadır. Post-sovet məkanında rejissor İon Popesku-Qoponun “Mariya, Mirabela” (1981) uşaq filmində oynadığı baş rolla yaddaşlarda qalıb. Filmin çəkilişləri başa çatandan sonra 6 yaşlı Gilda anası ilə birlikdə Almaniyaya köçüb. Aktrisalıqla vidalaşsa da, incəsənətə marağını itirməyib və ballet məşğələlərinə gedib. Ancaq bir gün sevgilisinin ucbatından ağır yol qəzasına düşüb. Aldığı ağır bədən xəsarətlərinə görə bir daha rəqs edə bilməyib. Qızının sevgilisi ilə bağlı aktrisaının anası bunları söyləyib: “O narkoman idi və xatırladığım qədər, bədbəxt hadisə zamanı hər ikisi avtomobildə narkotik vasitənin təsiri altında idi. Yolda onların sözü çəp düşüb və sevgilisi maşını dəli kimi sürərək, divara çırpıb”. Gilda həmin qəzadan sonra uzun illər ağrılardan və davamlı depressiyadan əziyyət çəkib. Gilda həyatını yenidən qurmaq məqsədilə Berlinə köçür və orada florist vəzifəsinə işə düzəlir. Ancaq acı aqibət bu dəfə də onun “qapsını döyür”. Keçmiş ulduz işdən evə qayıdan zaman, onu keçmiş məhbus qaçırır. Deyilənə görə, avtomobil yolunu kəsdikdən sonra içindən bir kişi düşüb, üzünə bibər spreyi fısqırdaraq, maşına mindirərək qaçırıb. Sonradan residivist onu üç gün ərzində zorlayıb. Bu Gildanın səhhətinə və psixoloji durumuna ağır zərbə vurur. 2009-cu ildə böyrək çatışmazlığından dünyasını dəyişib. Öləndə onun cəmi 35 yaşı var idi.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://kino.anews.com/p/88601683-odna-znamenita-drugaya-umerla-v-mukah-sudby-zvyozd-marii-mirabely/