Sara Ueyn Kellis
Aktrisa
Sara Ueyn Kellis 1 iyun 1977-ci ildə İllinoys ştatının La-Qranj şəhərciyində (Havay adaları, ABŞ) anadan olub. Sara iki yaşında olarkən valideynləri Honoluluya (Havay adaları) köçmək qərarına gəlir. Uşaqlığı demək olar ki, Havay adalarında keçib. Gələcək aktrisa müəllim ailəsində dünyaya göz açıb. Atası Devid Kellis Havay universitetində hüquq elmləri üzrə professor idi. Anası Valeri Ueyn isə həmin təhsil ocağında ingilis dili kafedrasında çalışırdı. Anadan olanda aktrisaya Sara Enn Kellis adı qoyulmuşdu. Ueyn soyadı onun ləqəbi və anasının qızlıq soyadı idi. Bir vaxtlar Saranın babası öz familiyasını "Con Ueyn" filmindən sonra “Ueyn”ə dəyişir. Valideynləri Saraya yaxşı təhsil vermək istəyirdilər və buna görə də onu kifayət qədər nüfuzu olan "Punahou" özəl məktəbinə yollayırlar. Məktəbi bitirdikdən sonra Sara təhsilini Hannoverin Dartmut kollecində, sonralar isə Denverdə Milli Teatr Konservatoriyasında davam etdirib. 2002-ci ildə təsviri incəsənət üzrə magistr diplomu alıb. Aktrisa karyerasına başlayından sonra Sara bir müddət "Loreal" markasının siması olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sarah_Wayne_Callies