Neha Dübey

Neha Dübey

Aktrisa

BİOQRAFİYA

Neha Dübey – hindistanlı psixoterapevt və keçmiş aktrisadır. Hindistanın Əhmədabada şəhərində anadan olub. İra Dübey adlı aktrisa bacısı var. Atası Tata Group şirkətlər qrupunun birinci vitse-prezidenti vəzifəsini tutub. Məktəbdə yuxarı siniflərdə oxuduğu illərdə müxtəlif tamaşalarda epizodik rollar ifa edib. Daha çox anasına məxsus olan Primetime Theatre Company truppasında çalışıb. Londonda psixiatriya üzrə ali təhsil aldığı dönəmdə peşəkar səhnə debütünü həyata keçirib. Uest Enddə Şekspirin “On ikinci gecə” pyesində Oliviya rolunu ifa edib. Londonda qaldığı illərdə yerli teleseriallarda kiçik rollar oynayıb, başlıca olaraq hindistanlı və asiyalı obrazları canlandırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Neha_Dubey

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç