Ceyson Lüis

Ceyson Lüis

Aktyor

BİOQRAFİYA

Ceyson Lüis 25 iyun 1971-ci ildə Nyuport Biç şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Üç qardaşı və bir bacısı var. Lüis Los-Alamitose orta məktəbində oxuyub, Kaliforniyanın San-Dieqo şəhər kollecini bitirib. Kollec təhsilini başa vurduqdan sonra əvvəl Parisda, daha sonra isə Milanda fotomodel karyerasına qədəm qoyub. Guess, Tommy Hilfiger, Hugo Boss kimi məşhur brendlərin məhsullarını reklam edib. 1997-ci ildə “Beverli Hillz, 90210” serialında görüntülənib. Ən əlamətdar rollarından biri “Böyük şəhərdə seks” serialında Samantanın ofisiant işləyən, həmdə yeni başlayan aktyor olan Cerri Cerrod adlı sevgilisini oynayıb. “Böyük şəhərdə seks” serialının bədii film versiyasında da eyni obrazı canlandırıb. Bundan savayı bir neçə tammetrajlı bədii filmə çəkilib (“Bollivudlu gəlin” romantik komediyası, “Siz kimsiniz mister Bruks” psixoloji trilleri). 2010-cu ildə “Böyük şəhərdə seks 2” filmində yenidən Cerri Cerrod rolunu ifa edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%8C%D1%8E%D0%B8%D1%81,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D1%81%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç