Songül Öden
Aktrisa
Songül Öden – türkiyəli teatr və kino aktrisasıdır. Songül Öden 17 fevral 1979-cu ildə Diyarbakır şəhərində anadan olub. Uşaqlığı və yeniyetməlik illəri Ankarada keçib. Televiziyada müxtəlif seriallara çəkilməzdən əvvəl teatr səhnəsində özünü sınayıb. Songül Öden türkiyəli aktyor Canberk Uçucu ilə evli olsa da, bu izdivac 2008-ci ildə başa çatıb. Boşanmaya səbəb kimi Canberkin Ödeni qısqanması göstərilir, belə ki, iddiaya görə aktrisa “Mirvari” serilaının çəkilişləri zamanı və çəkilişlərindən sonra aktyor Kıvanç Tatlıtuğla yaxın münasibətlərdə olub.Songül Öden Türkiyədə çoxsaylı teatr rolları ilə tanınır. 2001-ci ildə televiziya karyerasına start verib, debütünü “Vəsiyyət” adlı mini-serialda gerçəkləşdirib. Ardınca onun iştirakı ilə daha iki serial – “Havada bulud” və “Mirvari” (2005) ekranlara yol tapıb. “Mirvari” serialında İnci adlı baş obrazı canlandırıb, təfər müqabili isə tanınmış aktyor və model Kıvanç Tatlıtuğ olub. Serialın çəkilişləri 2 ilə yaxın davam edib. Serial Türkiyə ilə yanaşı ərəb ölkələrində də olduqca populyar olub (Ərəb yarımadasında “Nur” adlı ilə nümayiş olunub. ) 2008-ci ildə Songül Öden “Vaz keç, könlüm” serialına çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%D0%B4%D0%B5%D0%BD,_%D0%A1%D0%BE%D0%BD%D0%B3%D1%8E%D0%BB%D1%8C