Yavuz Bingöl
Aktyor, prodüser
Yavuz Bingöl – türkiyəli müğənni və aktyordur. 7 oktyabr 1964-cü ildə İstanbulda müəllim Yılmaz Bingöl və müğənni Senem Akkaşın ailəsində dünyaya göz açıb. 1977-ci ildə anasının təsiri altında sənədlərini Ankara konservatoriyasına təqdim edib. Valideynləri boşandıqdan sonra Bingöl konservatoriyadan ayrılıb və anası ilə İzmirə köçüb. Orada ailəni dolandırmaq üçün az maaşlı işlərdə çalışıb. 1983-cü ildə musiqi sahəsində fəaliyyətini davam etdirib, 1989-cu ildə dostu Nihat Aydınla “Atmacalar” adlı qrupu təsis edib. 1991-ci ildə qrupun adını “Umudza Ezgi”yə dəyişib. 1995-ci ildə “Sen Türkülerini Söyle” adlı ilk solo albomu işıq üzü görüb. Aktyor kimi “Bayanlar baylar”, “Ah be İstanbul” və “Yanık Koza” kimi seriallara çəkilib. O, həmçinin “Zərda” romantik serialında və “Əşrəf saatı” sitkomunda rol alıb. Çəkildiyi iki film beynəlxalq uğur qazanıb: “Üç meymun” adlı film Kann kinofestivalında nümayiş olunub, filmin rejissoru Nuri Ceylan "Ən yaxşı rejissor" elan edilib. Bingölün çəkildiyi digər film “O şimdi asger” "Ən yaxşı türk filmi" nominasiyasında Beynəlxalq İstanbul Kinofestivalının mükafatına namizəd olub. Dörd dəfə evli olub. Hazırkı həyat yoldaşı – müğənni Öykü Gürmanla 2015-ci ildə ailə qurub. Bingölün ilk nikahdan Türki Sinem (1988) adlı qızı var. ABŞ-da yaşayır və fotomodel kimi fəaliyyət göstərir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Yavuz_Bing%C3%B6l