Bren Foster

Bren Foster

Aktyor

BİOQRAFİYA

Bren Foster (ing. Bren Foster) — ingilis əsilli avstraliyalı aktyor və əlbəyaxa döyüş ustasıdır. 2 noyabr 1978–ci ildə Böyük Britaniyanın London şəhərində anadan olub. Tekvando, hapkido və braziliya ciu-citsu üzrə qara kəmər sahibidir. Fosterin anası Kipr əsilli, atası isə ingilis-irland əsillidir. Yuxarı məktəbi bitirdikdən sonra aktyor olmaq üçün Nyu-Yorka yollanır. Avstraliyaya qayıtdıqdan sonra Qərb Disney Universitetinə daxil olub. Çox saylı avstraliya seriallarında, Stiven Siqalla “Maksimal müddət” və “Karate bölüyü” kəskin filmlərində çəkilib. 2016-cı ildə Şeyn Ebbesin “Osirisin balası” elmi-fantastik filmində həbsxana məhbusu Çarlz Krit rolunda çəkilib. “Sonuncu gəmi” teleserialında mərkəzi rollardan birini ifa edən aktyor məşhurluq qazanıb. “Mad Max” kompüter oyununda baş qəhrəmanın “Dəlisov” Maks Rokatanskini canlandırıb və səsləndirib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Фостер,_Брен

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç