Elfri Vudard

Elfri Vudard

Aktrisa

BİOQRAFİYA

Elfri Vudard 8 noyabr 1952-ci ildə Oklahoma ştatının Talse şəhərində doğulub. Uşaqlığı doğma şəhərində keçib. Anası evdar xanım, atası interyer dizayneri olub. Katolik orta məktəbini bitirdikdən sonra, Boston Universitetinə daxil olub, orada dram incəsənəti üzrə ali təhsil alıb. 1974-cü ildə incəsənət üzrə bakalavr dərəcəsi əldə edib. 1977-ci ildə Los-Ancelesə köçüb, “Göyqurşağını görüb intihar barədə düşünən rəngli qızlar” adlı qeyri-Brodvey tamaşasında oynadığı rolla şöhrət qazanıb. Karyerası ərzində Vudard dörd dəfə “Emmi”, üç dəfə ABŞ kinoaktyorları gildiyası, bir dəfə “Qızıl Qlobus” mükafatı laureatı olub. 1984-cü ildə “Oskar” və 2010-cu ildə “Qremmi” mükafatına namizəd olub. Aktivində ən çox nominasiya və mükafat olan afroamerikalı aktrisadır. Vudard ABŞ-ın demokratlar partiyasının üzvüdür və onun fəaliyyətində aktiv iştirak edir. 2008-ci ilin fevral ayında Barak Obamanın seçkiqabağı təşviqat kampaniyasında aktiv şəkildə iştirak edib. Elfri Vudard həyat yoldaşı Roderik Spenser və iki övladı ilə Santa-Monikada yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Alfre_Woodard

 

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç